Kremldən atəşkəs XƏBƏRDARLIĞI: Buna qarşıyıq!

Kremldən atəşkəs XƏBƏRDARLIĞI: Buna qarşıyıq!
13:17

Münaqişənin köklü səbəblərini aradan qaldırılmadan Ukraynada atəşkəs Moskva və Vaşinqton arasında münasibətlər də daxil olmaqla, nəticələrə təhlükə yaradır.

News365.az xəbər verir ki,  bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib. 

Onun sözlərinə görə, Rusiya tərəfi bu mövqeyi Ər-Riyadda keçirilən görüşdə ABŞ nümayəndələrinə çatdırıb.

“Biz yəqin ki, Amerika tərəfinin sürətli atəşkəsə doğru irəliləmək istəyini kifayət qədər əminliklə qeyd edə bilərik. Lakin uzunmüddətli nizamlanma mexanizmi olmadan əldə edilən atəşkəs tez bir zamanda hərbi əməliyyatların bərpasına aparan yoldur. Münaqişənin yenidən alovlanması isə daha ciddi nəticələrə səbəb ola bilər”,- rusiyalı diplomat qeyd edib.

Bu səbədən də o hesab edir ki, Ukraynada və onun ətrafında baş verənlərin köklü səbəblərini aradan qaldırmaqla  uzunmüddətli həll yolu tapmaq lazımdır.  

Ryabkov onu da qeyd edib ki, digər məsələlərlə yanaşı, NATO-nun genişlənməməsi və Ukraynada rusdilli əhalinin hüquqlarının təmin edilməsi ilə məşğul olmaq lazımdır. 

Qeyd edək ki, Rusiya ilə ABŞ arasında danışıqların ilk raundu fevralın 18-də Ər-Riyadda baş tutub. 


Sizin reklam burada
Sizin reklam burada