Qalmaqallı "xəyanət" şousu: "Başa düşmək üçün intellekt lazımdır" - VİDEO

Qalmaqallı "xəyanət" şousu: "Başa düşmək üçün intellekt lazımdır" - VİDEO
14:54

Xəbər verdiyimiz kimi, "Bu şəhərdə" komandasının ötən gün baş tutan konsertindən əvvəl şou xarakterli dava baş tutub.

News365.az xəbər verir ki, zal dolu olduğu bir anda bir qadın guya konsertə başqa bir qadınla gələn əri ilə "dalaşıb". O, daha sonra digər qadının saçını yolub.

Sözügedən anın görüntülərini izləyənlər əvvəlcə bunun real olduğunu düşünsə də, daha sonra şou olduğu üzə çıxıb.

Tamaşadan əvvəl nümayiş olunan səhnəcik sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəzi sosial şəbəkə istifadəçiləri bu şounu "mənasız" , "səviyyəsiz" və s. adlandırıblar.

Ölkə.Az yazılanlarla bağlı aktyor, "Bu şəhərdə"nin ssenaristi Müşfiq Abbasovun fikirlərini öyrənib. O, saytımıza açıqlamasında bu tipli şouların hələ çox olacağını deyərək sərt danışıb:

"Bu, adi bir fləşmob idi. Kiminsə xoşuna gəlir, kimlərsə bəyənmir, müzakirə edir və s. Dar düşüncəli bədbəxt insanlar var. Yumoru başa düşmək üçün də intellekt lazımdır. O yoxdursa, indi biz nə edək? Bədbəxtdirlər. Bizim üçün əsas odur ki, zala gələn tamaşaçıların hamısının xoşuna gəldi. Hamısı həzz aldı, ləzzət aldı. Bizim özümüzün də xoşumuza gəldi. İndidən deyirəm, inşallah qismət olsa, gələcəkdə də bunu dəfələrlə təkrar edəcəyik. Xoşuna gəlməyənlərə deyirəm ki, baxmasınlar. Getsinlər öz səviyyələrində olan şeylərə baxsınlar. Min şükür, bu dəqiqə sosial şəbəkələr doludur. Tənqid edənlərin səviyyəsində olan yumorlara uyğun ayrı-ayrı kontentlər var, doludur. Getsinlər, oturub ailəvi baxsınlar. Bizim öz tamaşaçılarımız bizə yetər. Allah bizim tamaşaçıları qorusun. 

Belə də ki, fikirlər müxtəlif olmalıdır və min şükür ki, bizi müzakirə edirlər. Min şükür ki, yaxşı, pis, tərif, tənqidlə "Bu şəhərdə" 25 ildir var. İnşallah indidən sonra da bir 10 il də müzakirə etsinlər, sonra baxarıq", - deyə o söyləyib.



Sizin reklam burada
Sizin reklam burada