Fransa səfiri: Ermənistan 1991-ci ildə Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb

Fransa səfiri: Ermənistan 1991-ci ildə Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb
12:54

Qarabağ Azərbaycan ərazisidir, bunu həm beynəlxalq ictimaiyyət, həm də Ermənistanın özü tanıyıb.

News365.az xəbər verir ki, bu sözləri Fransanın İrəvandakı səfiri Olivye Dekotinyi Ermənistanın İctimai Radiosuna müsahibəsində bildirib.

"Əgər siz "Dağlıq Qarabağ" hökumətinin tanınması məsələsindən danışırsınızsa, bu, heç vaxt beynəlxalq ictimaiyyət, hətta Ermənistan tərəfindən də tanınmayıb. Üstəlik, Ermənistan Almatı bəyannaməsində Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanıyıb, çünki o, Sovet Azərbaycanının bölgəsi olub. Ermənistanın 2022-ci ildə Praqada “Dağlıq Qarabağı” Azərbaycanın bir hissəsi kimi tanıdığını iddia edənlər yalan danışırlar.

Ermənistan bunu Almatı bəyannaməsində tanıyıb, Praqa isə ancaq bu bəyannaməyə istinad edir”, - fransalı diplomat vurğulayıb.



Sizin reklam burada
Sizin reklam burada