Azərbaycanda bir uşaq xarici vətəndaşa övladlıq verilib - RƏSMİ

Azərbaycanda bir uşaq xarici vətəndaşa övladlıq verilib - RƏSMİ
16:17

Azərbaycanda son illərdə kimsəsiz uşaqların övladığa verilməsi ilə bağlı müraciətlərin çoxaldığı müşahidə edilir. 2019-cu ilin 1 noyabrından etibarən Azərbaycanda övladlığa verilmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. 

2022-ci ildə 214, 2023-cü ildə 141 azyaşlı övladlığa verilib. Qeyd edək ki, qanunvericiliyə əsasən həm Azərbaycan, həm də xarici vətəndaşlar azyaşlıları övladığa götürə bilər.

News365.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurumun müəssisələrində hazırda 648 uşaq yaşayır. 2024-cü ildə 165 uşaq övladlığa verilib. Onlardan 84-ü qız, 81-i isə oğlandır.

Məlumatda deyilir ki, son illərdə Azərbaycanda övladlığa uşaq götürmək üçün müraciət edən xarici vətəndaşlar da var.

"Müraciətlərin biri üzrə yekun məhkəmə qətnaməsi çıxarılaraq uşağın övladlığa verilməsi təmin edilib", - qurumdan bildirilib.



Sizin reklam burada
Sizin reklam burada