Dmitri Medvedev: “Bu halda nüvə silahından istifadə edə bilərik”

Dmitri Medvedev: “Bu halda nüvə silahından istifadə edə bilərik”
16:34
Rusiyanın keçmiş Prezidenti, hazırda ölkənin Təhlükəsizlik Şurasının (RFTŞ) sədr müavini Dmitri Medvedev nüvə silahından istifadə ehtimalı ilə bağlı növbəti sərt xəbərdarlıq edib.

News365.az xəbər verir ki, o, “Moskva Beynəlxalq Hüquq” jurnalında dərc olunan “Dövlət suverenliyi və nüvə silahları: milli təhlükəsizliyin təmin edilməsinin beynəlxalq hüquqi aspektləri” məqləsində bu məsələdən bəhs edib. 

D.Medvedev qeyd edib ki, Rusiya kütləvi hücuma məruz qalarsa, bu mümkündür.
“Müxtəlif növ fəlakətlərə səbəb ola biləcək qeyri-nüvə silahlarının kütləvi istifadəsi Rusiyanın qabaqlayıcı nüvə zərbəsi endirməsi üçün əsas ola bilər”, - o vurğulayıb.

D.Medvedev yazıb ki, Rusiyanın nüvə doktrinasında düşmənin hərbi təhdidləri, o cümlədən texnogen, ekoloji və ya sosial fəlakətlərə səbəb ola biləcək kütləvi qeyri-nüvə hücumları xüsusi təhlükə kimi qiymətləndirilir.

“Başqa sözlə, dövlətimizin mövcudluğu təhlükə altında olduqda və ya ölkəmiz qəbuledilməz zərər gördükdə qabaqlayıcı nüvə zərbəsi məsələsi gündəmə gələ bilər”, - Təhlükəsizlik Şurasının sədr müavini bildirib. 



Sizin reklam burada
Sizin reklam burada