Elektroenergetika sahəsində fəaliyyətin səmərəliliyinin araşdırılması məqsədilə xüsusi Komissiya yaradılıb.
News365.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Sərəncama əsasən, Komissiyaya energetika naziri Pərviz Şahbazov rəhbərlik edəcək.
Komissiya enerji sisteminin mövcud potensialını, infrastruktur imkanlarını, elektrik enerjisinin ötürülməsi və paylanması sahəsindəki vəziyyəti araşdıracaq.
Bundan əlavə, kiçik su elektrik stansiyalarının tikintisi və istismarı, eləcə də “Azərenerji” və “Azərişıq” ASC-lərin maliyyə-təsərrüfat fəaliyyəti və idarəetmə mexanizmləri qiymətləndiriləcək.
Komissiyanın tərkibinə İqtisadiyyat və maliyyə nazirliklərinin nümayəndələri, SOCAR-ın prezidenti və digər dövlət rəsmiləri daxil edilib.