Bakıda usta işlədiyi evdəki seyfdən 80 min dollar oğurladı

Bakıda usta işlədiyi evdəki seyfdən 80 min dollar oğurladı
23 Noy 2026 17:05

Bakıda dəmir seyfdən pul oğurlamaqda təqsirləndirilən Sərxan Məmmədovun cinayət işinin məhkəmə araşdırması yekunlaşıb.

News365.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hafiz Kamranovun sədrliyi ilə keçirilən yekun prosesdə prokuror təqsirləndirilənin 7 il 6 ay müddətə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

Müşavirədən sonra hökm elan edilib. Sərxan Məmmədov 5 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Qeyd edək ki, hadisə 2026-cı ilin martında Bakının Sabunçu rayonunda baş verib. Sərxan Məmmədov usta kimi işlədiyi evin ikinci mərtəbəsinə pencərədən daxil olaraq otaqdakı seyfin qapısını çəkiclə sındıraraq seyfdə 80 min dolları ogurlayaraq hadisə yerindən qaçıb.

Keçirilmiş tədbirlərlə Sərxan Məmmədov saxlanılaraq istintaqa təhvil verilib və oğurlanmış pulun sahibinə qaytarılması təmin edilib.

Təqsirləndirilənə qarşı CM-nin 177.3.2-ci (ogurluq külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham irəli sürülüb.


Sizin reklam burada
Sizin reklam burada