Fərid Baxşıyev yeni vəzifəyə seçildi

Fərid Baxşıyev yeni vəzifəyə seçildi
16:50

Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin direktoru Fərid Baxşıyev “Azərbaycan Dəmir Yolları” QSC-nin Müşahidə Şurasına üzv seçilib.

News365.az xəbər verir ki, bu barədə məlumat ADY-nin rəsmi saytında öz əksini tapıb. 

Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin Müşahidə Şurasının sədri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevdir.

Şuranın digər üzvləri isə AZCON Holding-in icraçı direktoru Şahin Babayev, icraçı direktorunun müavini Vüqar Mirzəzadə və baş maliyyə inzibatçısı Taylan Tekelidir.


Sizin reklam burada
Sizin reklam burada