Livan hökuməti "Hizbullah"ı tərksilah etmək planını təsdiqləyib.
News365.az Lebanon 24" xəbər portalına istinadən verdiyi məlumata görə, bunu Nazirlər Kabinetinin iclasının yekunlarına dair çıxışında ölkənin informasiya naziri Pol Morkos deyib.
Məlumata görə, Livan ordusu mövcud imkanlara uyğun olaraq bu planı həyata keçirməyə başlayacaq.
"Biz Livan ordusuna dəstək vermək üçün bir neçə ölkədən öhdəliklər almışıq. Hökumət ordunun gələcəyi və onların müzakirələri ilə bağlı məxfiliyi qorumağa qərar verib", - o deyib.