Lənkəranda avtomobil qaz xəttinə çırpıldı - Sürücü yaralandı - FOTO

Lənkəranda avtomobil qaz xəttinə çırpıldı - Sürücü yaralandı - FOTO
08 Mar 2026 17:21

Lənkəranda baş verən yol qəzasında avtomobil sürücüsü ciddi xəsarət alıb.

Hadisə Şıxakəran kəndi yaxınlığında qeydə alınıb.

Lənkəran rayonunun Siyavar kənd sakini, 1963-cü il təvəllüdlü Vaqif Mahmud oğlu Heydərov “VAZ-2104” markalı avtomobili ilə Astara istiqamətində hərəkət edərkən idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq bir evin hasarına və qaz xəttinə çırpılıb.

Qəza zamanı V.Heydərov ağır bədən xəsarətləri alıb və Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə yerləşdirilib.

Hazırda onun müalicəsi uyğun şöbədə davam etdirilir.

Hadisə ilə bağlı araşdırma davam etdirilir.





Sizin reklam burada
Sizin reklam burada