Kurskda on minlərlə ukraynalı itkin düşüb

Kurskda on minlərlə ukraynalı itkin düşüb
12 Apr 2025 10:00

Ukrayna ordusunun on minlərlə əsgəri Rusiyanın Kursk bölgəsindəki döyüşlərdə itkin düşmüş hesab edilir. Bu barədə Rusiya mediasına hüquq-mühafizə orqanlarından məlumat verilib.

“Hazırda söhbət on minlərlə itkin düşmüş ukraynalı hərbçidən gedir”, - adı açıqlanmayan mənbə bildirib.

Onun sözlərinə görə, əslində həmin hərbçilərin cəsədləri meşə sahələri boyu sözün həqiqi mənasında sərilib yatır. Rusiya hərbçiləri onların yerini qeyd edir və sonra cəsədləri morqlara təxliyə edirlər.

Agentliyin həmsöhbəti onu da əlavə edib ki, Rusiya Silahlı Qüvvələrinin döyüşçüləri düşmənin Sumı vilayətində Loknya, Alekseyevka, Yunakovka, Andreyevka və Pisarevkadakı rezerv qüvvələrinə zərbələr endirirlər.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.

Tural


Sizin reklam burada
Sizin reklam burada