Külli miqdarda dərman preparatları aşkar edildi

Külli miqdarda dərman preparatları aşkar edildi
12:20

Dövlət Gömrük Komitəsi yanında Tovuz Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində bəyan olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərilən dərman vasitələri aşkar edilib.

News365.az Komitəyə istinadən xəbər verir ki, idarənin "Qırmızı Körpü" gömrük postundan keçməklə ölkəmizə gələn yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Baxış zamanı nəqliyyat vasitəsinin qoşqu hissəsində kustar üsulla düzəldilmiş gizli saxlanc yerindən gömrük orqanına bəyan edilməyən 11 adda 43 836 ədəd dərman vasitəsi aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada