Kubok oyunundan öncə faciə - VİDEO

Kubok oyunundan öncə faciə - VİDEO
11 Apr 2025 19:35

Çilinin "Kolo-Kolo" və Braziliyanın "Fortaleza" komandaları arasında Libertadores Kubokunun oyunundan öncə iki azarkeş ölüb.

CNN-in yaydığı məlumata görə, hadisə Çilinin Santyaqo şəhərindəki "Monumental" stadionunun yaxınlığında, bir qrup azarkeşin güclə arenaya girməyə cəhd göstərməsi və qoruyucu maneələrdən birini yıxması zamanı baş verib.

Azarkeşlər hasarın altında qalıb, nəticədə biri yerində, digəri xəstəxanada dünyasını dəyişib.

70-ci dəqiqədə yerli azarkeşlərin meydana yad əşyalar atmağa başlamasından sonra matç dayandırılıb. Daha sonra "Fortaleza"nın oyunçuları gizlənmək üçün paltardəyişmə otağına tərəf qaçıblar.

Olayların dayanmadığını görən qarşılaşmanın baş hakimi oyunu bitirmək qərarına gəlib.


Sizin reklam burada
Sizin reklam burada