"Neftçi" PFK ilə futbolçu Elvin Camalov arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
News365.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Qeyd edək ki, 2025-ci ilin yanvarında "Neftçi"yə transfer olunmuş Elvin bu müddətdə komandanın heyətində 29 rəsmi oyun keçirib, 1 qol vurub, 1 məhsuldar ötürmə edib.