“Sea Breeze 2026”nın ilk oyununda qalib bəlli olub

“Sea Breeze 2026”nın ilk oyununda qalib bəlli olub
20:40

Bu gün “Sea Breeze Resort”da Azərbaycanda ilk dəfə keçirilən “Sea Breeze 2026” beynəlxalq çimərlik polosu turnirinə start verilib.

News365.az xəbər verir ki, günün ilk matçında İsveçrənin “Red Star” və Böyük Britaniyanın “Sankt Moritz” komandaları üz-üzə gəlib.

Saat 16:00-da başlayan qarşılaşma “Red Star”ın qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, günün ikinci görüşündə “Elite Polo Club” və “Moscow Polo Club” qarşılaşacaq. Turnirə sentyabrın 13-də yekun vurulacaq.


Sizin reklam burada
Sizin reklam burada