"Ukrayna münaqişəsinin həlli ilə bağlı irəliləyiş var, lakin onun başa çatması vaxtı barədə danışmaq hələ tezdir".
News365.az-ın TASS-a istinadən xəbərinə görə, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Şərq İqtisadi Forumunda müsahibəsində deyib.
"Putin dedi ki, tunelin sonunda işıq var", - deyə Peskov qeyd edib.
Lakin Kreml konkret tarixləri "təxmin etməyə" hazır deyil.