Ukrayna tərəfi Zaporojye Atom Elektrik Stansiyasına (AES) nəzarəti bərpa etmək niyyətindədir.
Bunu “The New York Times”(NYT) qəzetinə müsahibəsində Ukrayna parlamentinin enerji təhlükəsizliyi üzrə alt komitəsinin rəhbəri Viktoriya Qrib deyib.
Siyasətçi ABŞ prezidenti Donald Tramp və onun Ukrayna üzrə xüsusi nümayəndəsi Stiv Vitkofun Rusiya prezidenti Vladimir Putinlə danışıqlarından sonra verdiyi açıqlamalarda stansiya məsələsinin gündəmə gəlməsinə təəccüblənib.
"Ukrayna onu (Zaporijye AES-i - red.) geri almaq istəyir", - Qrib deyib.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural