Kanadada avtomobil izdihamın üzərinə sürülüb, ölənlər var

Kanadada avtomobil izdihamın üzərinə sürülüb, ölənlər var
27 Apr 2025 10:04

Kanadanın Vankuver şəhərində festivalda avtomobil izdihamın üzərinə sürülüb, ölən və yaralananlar var.

Bu barədə şəhər polisi sosial şəbəkədə məlumat yayıb.

“Axşam saat 20:00 radələrində (Bakı vaxtı ilə 7:00) sürücünün avtomobili küçə festivalında izdihamın üzərinə sürməsi nəticəsində bir neçə nəfər ölüb, daha bir neçə nəfər yaralanıb. Sürücü saxlanılıb”, – məlumatda deyilir.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada