“İzzət Bağırov məni pərt elədi”- Xatirə İslam

“İzzət Bağırov məni pərt elədi”- Xatirə İslam
10:22

Müğənni Xatirə İslam sənətinin başlanğıc dövrlərindən maraqlı bir xatirəsini bölüşüb.

News365.az xəbər verir ki, o, ilk dəfə səhnəyə çıxmazdan öncə başına gələn hadisəni belə xatırlayıb:

“Mənim səsimi bəyəndilər, dedilər ki, sabah gəl oxu. Həmin restoranda da İzzət Bağırov çıxış edirdi, hər gün orada oxuyurdu. Mən isə heç bir mahnı bilmirdim. Gəlib durmuşam yanında, fikirləşirəm ki, mən nə edim?”

Sənətçi bildirib ki, İzzət Bağırovun mahnılarla dolu qalın bir dəftəri olub:

“Dedim ki, İzzət müəllim, o dəftəri mənə bir günlük verə bilərsiz? Gecə yatmaram, bütün mahnıları köçürərəm, səhər də gətirib qaytararam, itirmərəm. Amma o dedi ki, ‘yox, mən dəftər verməyi xoşlamıram’. Orada bir az pərt oldum.”

Xatirə İslam əlavə edib ki, bu hadisə onun üçün həm maraqlı, həm də unudulmaz bir dərs olub.


Sizin reklam burada
Sizin reklam burada