İsveç məhbuslarını bu ölkəyə göndərir

İsveç məhbuslarını bu ölkəyə göndərir
15:43

Avqust ayında İsveç ilk dəfə olaraq məhbusları cəzalarını çəkmək üçün Estoniyaya göndərəcək. Bu qərar İsveçdə həbsxana yerinin çatışmazlığı səbəbindən qəbul edilib.

Əvvəlcə 30 məhbus Tartudakı həbsxanaya köçürüləcək. 2027-ci ilin yayına qədər bu rəqəmin 600-ə çatdırılması planlaşdırılır.

Terrorizm, xəyanət, casusluq ittihamları ilə məhkum edilmiş və ya mütəşəkkil cinayətkarlıq, radikal qruplarla əlaqəli şəxslər kimi ciddi təhlükəsizlik təhdidi yaradan məhbuslar Estoniyaya köçürülməyəcək.

Hakimiyyət orqanları namizədlərin seçilməsi prosesində onların İsveçlə ailə və digər əlaqələrini nəzərə alacaq. Məhbuslar köçürülmə ilə bağlı fikirlərini bildirə biləcəklər, lakin onların razılığı tələb olunmur. İsveç Həbsxana Xidmətinin nümayəndələrinin sözlərinə görə, başqa ölkəyə köçürülmələrinə baxmayaraq, məhbuslar ailələri ilə telefon və video zənglər vasitəsilə əlaqə saxlaya biləcəklər. Agentlik vurğulayır ki, ailə əlaqələrinin qorunması insanın azadlığa buraxıldıqdan sonra normal həyata uğurla qayıtması üçün vacibdir.


Sizin reklam burada
Sizin reklam burada