İstanbulda məktəblər 8 sentyabr bazar ertəsi saat 10:00-da açılacaq

İstanbulda məktəblər 8 sentyabr bazar ertəsi saat 10:00-da açılacaq
15:23

Təhsil naziri Tekin İstanbuldakı məktəb saatları ilə bağlı yeni qərar açıqlayıb. Onun sözlərinə görə, bazar ertəsi günü şəhərdə məktəblər saat 10:00-da fəaliyyətə başlayacaq.

News365.az xəbər verir ki, İstanbul Valiliyi də məsələ ilə bağlı açıqlama yayıb.

Məlumatda bildirilir:

“Tədris ilinin ilk günündə məktəb avtobuslarının və marşrutların müəyyənləşdirilməsi səbəbilə yollarda yarana biləcək sıxlığın qarşısını almaq üçün 8 sentyabr bazar ertəsi günü İstanbulda yerləşən dövlət və özəl ibtidai, orta və liseylərdə dərslərin saat 10:00-dan 15:00-a qədər keçirilməsi qərara alınmışdır”.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada