İstanbulda bir ev iki dəfə atəşə tutuldu - Şübhəlilər saxlanıldı

İstanbulda bir ev iki dəfə atəşə tutuldu - Şübhəlilər saxlanıldı
15:20

İstanbulun Ümraniyə rayonunda bir ev iki gün arayla iki dəfə güllələnib.

News365.az xəbər verir ki, hadisə anları təhlükəsizlik kameralarına düşüb. Hücumları törətməkdə şübhəli bilinən iki nəfər polis tərəfindən saxlanılaraq həbs edilib.

Hadisə sentyabrın 6-da, şənbə günü saat 04:45 radələrində Necip Fazıl məhəlləsi, Yeşilyurt küçəsində baş verib. Motosikletlə hadisə yerinə gələn iki nəfər, H.S.-yə məxsus evə tapança ilə atəş açaraq ərazidən uzaqlaşıb.

Bu hadisədən bir gün sonra, sentyabrın 7-də, saat 02:20 radələrində eyni ev yenidən atəşə tutulub. Açılan güllələrdən ikisi evə, üçü evin qarşısında park edilmiş yük maşınına, ikisi isə qonşuya məxsus avtomobilə dəyib.

İstanbul Polisi Qəsb Bürosu əməkdaşları araşdırmalara başlayıb və hücumun təhlükəsizlik kameraları tərəfindən qeydə alındığını müəyyən edib. Görüntülərdə başlarında dəbilqə olan iki nəfərin tapançayla atəş açıb hadisə yerindən qaçdıqları əks olunub.

Polis görüntülərdən yola çıxaraq şübhəlilərin şəxsiyyətini müəyyənləşdirib. Esenlərdə keçirilən əməliyyat zamanı S.A. (27 yaş)N.K. (24 yaş) saxlanılaraq həbs edilib. Onların evlərində aparılan axtarış zamanı 2 ədəd icazəsiz tapança, 49 güllə2 ədəd qandal aşkar olunub. Həmçinin, onların mobil telefonlarında hadisəyə dair videolar da aşkarlanıb.

İstintaqdan sonra S.A. və N.K. məhkəməyə çıxarılaraq barələrində həbs qərarı verilib və cəzaçəkmə müəssisəsinə göndəriliblər.


Sizin reklam burada
Sizin reklam burada