İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif istefa ərizəsini Prezident Məsud Pezeşkiana təqdim edib.
News365.az xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Bagir Qalibafın nəzarətində olan “Sobh-e no” qəzeti məlumat verib.
Nəşrin iddiasına görə, Arif hökumətdə rolunun məhdudlaşdırılmasına, əsas qərarların onunla məsləhətləşmədən qəbul edilməsinə etiraz olaraq istefa vermək istəyib. Lakin prezident bu istefanı qəbul etməyib:
“Arifin istefa qərarında Prezident Aparatının digər üzvləri - icraçı vitse-prezident Məhəmməd Cəfər Qaimpənah və Prezident Administrasiyasının rəhbəri Möhsün Hacı Mirzayi ilə yaranmış fikir ayrılıqları da rol oynayıb”.