İsmayıllıda zavodda ÖLÜM

İsmayıllıda zavodda ÖLÜM
27 Apr 2026 23:00

İsmayıllıda zavodda ölüm hadisəsi baş verib.

News365.az xəbər verir ki, hadisə İsmayıllı şəhərinin ərazisində yerləşən “Körpü Bina Tikinti” zavodunda qeydə alınıb.

Orada işləyən Tovuz rayon sakini, 1967-ci il təvəllüdlü Etibar İslam oğlu Hümmətov iş başında qəfil ölüb. 

Onun ürək tutmasından öldüyü ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada