İran parlamenti valyuta ilə bağlı planı təsdiqlədi

İran parlamenti valyuta ilə bağlı planı təsdiqlədi
05 Okt 2025 13:59

İran parlamenti rəsmi valyuta olan tüməndən dörd sıfırın çıxarılmasını nəzərdə tutan planı təsdiqləyib.

Bu barədə parlamentin rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, İran Nazirlər Kabineti milli valyutadan dörd sıfırın çıxarılmasına razılıq vermişdi.

Ölkənin rəsmi valyutası bundan sonra “tümən” və “qıran” olacaq.


Sizin reklam burada
Sizin reklam burada