İndoneziyada faciəvi hadisə baş verib – internat məktəbinin binası uçub.
News365.az xəbər verir ki, yerli mətbuatın məlumatına görə, dağıntılar altında qalanların xilasetmə işləri davam edir.
Son məlumata əsasən, hadisə nəticəsində 60 nəfər həlak olub, 99 nəfər müxtəlif dərəcəli xəsarətlə xəstəxanaya yerləşdirilib.
Daha 3 nəfərin taleyi hələlik məlum deyil.
News365.az