İndoneziya prezidenti Prabovo Subianto Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə apardığı danışıqlar zamanı prezident Vladimir Putini ən yaxın dostu adlandırıb. Bu barədə İndoneziya liderinin mətbuat xidməti məlumat yayıb.
"Çərşənbə axşamı, fevralın 25-də İndoneziya lideri Şoyqunu Cakartadakı sarayında qəbul edib. İşgüzar səfər çərçivəsində Rusiya Təhlükəsizlik Şurasının katibi İndoneziya Müdafiə Nazirliyinin rəhbəri Şafri Şamsuddin ilə də görüşüb. Subianto Şoyqunu istiqanlı şəkildə qarşılayıb və onun ölkəyə səfərindən şad olduğunu deyib", - xarici KİVİ-in yaydığı məlumatda qeyd edilib.
Subiantonun Putinin sağlıq durumu ilə maraqlanması da diqqət çəkib.
“Ölkəmizə səfərə gəldiyiniz üçün təşəkkür edirəm. Biz köhnə dostuq və mən çox şadam ki, siz buradasınız... Mənim ən yaxşı dostum, prezident Putin necədir? Onun səhhəti necədir?" – deyə o sual edib.
Tural