İnsanlar yalnız kədərli olduqda deyil, həddindən artıq sevindikdə də ağlaya bilirlər. Bu hal güclü emosiyaların beyində yaratdığı reaksiyalarla əlaqədardır.
News365.az xəbər verir ki, sevincdən ağlamaq insanın böyük xoşbəxtlik, rahatlıq, həyəcan və ya uzun müddət gözlədiyi bir hadisə ilə qarşılaşması zamanı baş verə bilər.
Alimlərin fikrincə, güclü emosiyalar beynin emosiyaların tənzimlənməsində iştirak edən sahələrini aktivləşdirir. Ağlamaq isə bu emosional reaksiyanın fiziki ifadələrindən biridir. Məsələn, insan uzun müddət gözlədiyi xəbəri aldıqda, sevdiyi şəxslə görüşdükdə və ya mühüm bir məqsədinə çatdıqda göz yaşlarına hakim ola bilməz.
Maraqlıdır ki, sevinc və kədər fərqli hisslər olsa da, hər ikisi güclü emosional gərginlik yarada bilər. Bu səbəbdən göz yaşları bəzən xoşbəxtliyin də ifadəsinə çevrilir.