Sədərək Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə yeni təyinat olub.
News365.az xəbər verir ki, Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadənin müvafiq əmri ilə Yusif Mirabbas oğlu Seyidov başçının birinci müavini təyin edilib.
Qeyd edək ki, Y.Seyidov bu təyinata qədər Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərib.
Yeni təyinatla Yusif Seyidov rayon icra hakimiyyəti başçısının birinci müavini kimi fəaliyyətini davam etdirəcək.