Hörmüz boğazında iki tanker saxlanılıb - SEPAH

Hörmüz boğazında iki tanker saxlanılıb - SEPAH
15:40

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında iki neft tankerinin hərəkətinin dayandığını bildirib.

News365.az xəbər verir ki, İran tərəfinin iddiasına görə, gəmilər naviqasiya və mövqemüəyyənetmə sistemlərini söndürərək ABŞ hərbçilərinin dəstəyi ilə qadağan olunmuş marşrutdan keçməyə çalışıblar.

SEPAH tankerlərin bir neçə radioxəbərdarlığa məhəl qoymadan təhlükəli zonaya daxil olduğunu, burada baş verən hadisələrdən sonra boğazın cənub sahilləri yaxınlığında hərəkətsiz qaldığını açıqlayıb.

İran hərbçiləri gəmilərdə yanğınların baş verdiyini də iddia ediblər. Onlar hadisələrə görə ABŞ ordusunun fəaliyyətini və ekipajların İranın müəyyənləşdirdiyi keçid qaydalarına əməl etməməsini səbəb göstəriblər.


Sizin reklam burada
Sizin reklam burada