Ceyhun Bayramovdan Ermənistana çağırış

Ceyhun Bayramovdan Ermənistana çağırış
16:20
"Azərbaycan Sülh sazişinin imzalanması üçün zəruri olan siyahı və hüquqi addımların Ermənistan tərəfindən atılacağını gözləyir".

News365.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin paytaxtı Ankara şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşündə çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan 30 ilə yaxın davam edən Ermənistan işğalına son qoyaraq öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib.

"Bununla da, Cənubi Qafqazda uzun illər mövcud olmuş münaqişə həll edilib. Bundan əlavə, Azərbaycan münaqişədən sonra sülh prosesinin də təşəbbüskarı olub. Ölkəmizin irəli sürdüyü prinsiplər əsasında hazırlanmış Sülh sazişi ötən il parafalanmışdır. Bu gün Azərbaycanla Ermənistanla arasında münasibətlərin normallaşması prosesi davam edir".

C.Bayramov qeyd edib ki, regionda faktiki sülh şəraiti mövcuddur.

"Bununla belə, Sülh sazişinin imzalanması üçün zəruri olan siyasi və hüquqi addımların Ermənistan tərəfindən atılacağını gözləyirik. Azərbaycanın mövqeyi aydındır, biz Cənubi Qafqazda uzunmüddətli və etibarlı sülhün təmin olunmasını, regionda qarşıdurma dövrünü əməkdaşlıq dövrü əvəz edilməsini istəyirik".

XİN başçısı hazırda beynəlxalq münasibətlər sistemində ciddi gərginliyin hökm sürməsinə də diqqət çəkib.

"Şərqi Avropada, Yaxın Şərqdə və daha geniş coğrafiyada davam edən hərbi qarşıdurmalar, yeni təhlükəsizlik təhdidləri, beynəlxalq hüququn norma və prinsiplərinin pozulması dövlətlər qarşısında ciddi çağırışlar yaradır. Belə bir şəraitdə Azərbaycan sabitlik və təhlükəsizlik məkanı olaraq alır. Ölkəmiz yalnız öz təhlükəsizliyini təmin etmir, daha geniş regionda sülhün və əməkdaşlığın möhkəmləndirilməsində sabitləşdirici rol oynayır".


Sizin reklam burada
Sizin reklam burada