Həzi Aslanov" metrostansiyasında yenidənqurma işlərinin yeni mərhələsi başlayıb

Həzi Aslanov" metrostansiyasında yenidənqurma işlərinin yeni mərhələsi başlayıb
16:10


"Bakı Metropoliteni" QSC-nin "Həzi Aslanov" stansiyasındakı yenidənqurma işlərində yeni mərhələyə start verilib. 

Bu barədə News365.az-a səhmdar cəmiyyətindən məlumat verilib.

Bildirilib ki, infrastrukturun müasir standartlara uyğun təkmilləşdirilməsi məqsədilə stansiyanın dalan yollarında əsaslı təmir işləri aparılır, örtük və divarlar gücləndirilir, köhnə bloklar yeniləri ilə əvəzlənir, antikorroziya və hidroizolyasiya tədbirləri görülür. Təmir prosesində sərnişinlər "Həzi Aslanov–Əhmədli" marşrutu üzrə hərəkət etməyə davam edir.

Məlumata əsasən, metro stansiyasında yenidənqurma işlərinə 2026-cı ildə yekun vurulması planlaşdırılır.


Sizin reklam burada
Sizin reklam burada