HƏMAS İsraili hücumlara sərt cavab verəcəyi ilə hədələdi

HƏMAS İsraili hücumlara sərt cavab verəcəyi ilə hədələdi
10:10

Fələstinin radikal HƏMAS hərəkatı İsrail hərbçilərinin Qəzza zolağında yenidən hərbi əməliyyatlara başlaması ilə əlaqədar rəsmi Təl-Əvivi sərt cavab tədbirləri ilə hədələyib. Bu barədə hərəkatın Telegram kanalında məlumat verilib.

Xatırladaq ki, martın 18-nə keçən gecə İsrail Qəzza zolağında HƏMAS-a qarşı hərbi əməliyyatları bərpa edib. İsrailin baş naziri Benyamin Netanyahunun ofisi bəyan edib ki, bu addım Fələstin hərəkatının ABŞ-nin atəşkəsi uzatmaq təkliflərini rədd etməsi səbəbindən baş verib.

19 yanvar 2025-ci ildə Qəzza zolağında atəşkəs qüvvəyə minib. Atəşkəs 42 gün davam etməli idi. Bu müddət ərzində 33 girov İsrailə qaytarılmalı, yəhudi dövləti isə 1000-ə yaxın fələstinli məhbusu azad etməyə borclu idi. Martın 2-də atəşkəsin birinci mərhələsi başa çatdı, lakin İsrail və HƏMAS ikinci mərhələ barədə razılığa gələ bilmədilər.

Qəzza rəsmilərinin məlumatına görə, martın 2-nə keçən gecə İsrailin hücumları bərpa etməsindən sonra anklavda 200-dən çox insan həlak olub. Fələstinin Əl-Əqsa telekanalının məlumatına görə, ölənlərin sayı 230-u keçib, 350-dən çox insan yaralanıb.



Tural


Sizin reklam burada
Sizin reklam burada