Hələbdə silahlı toqquşmalardan sonra atəşkəs əldə olundu

Hələbdə silahlı toqquşmalardan sonra atəşkəs əldə olundu
09:42

Suriyanın Hələb vilayətində son günlər gərginləşən vəziyyətə görə tərəflər arasında atəşkəs əldə olunub.

News365.az xəbər verir ki, təhlükəsizlik qüvvələri ilə Suriya Demokratik Qüvvələri (SDQ) arasında baş verən qarşıdurmaların ardınca razılaşma qüvvəyə minib.

Rəsmi məlumatlara əsasən, Hələb Qubernatorluğu bölgədəki hadisələr səbəbilə 7 oktyabrdan etibarən bütün dövlət idarələri və təhsil müəssisələrinin fəaliyyətini dayandırıb.

Suriya Daxili İşlər Nazirliyinin nümayəndəsi Nurəddin Baba bildirib ki, PKK/YPG tərəfindən təşkil edilən hücumlar nəticəsində azı 25 mülki şəxs yaralanıb.

Şeyx Məqsud və Əşrəfiyyə məhəllələrində baş verən toqquşmalar isə onlarla ailənin evlərini tərk etməsinə səbəb olub.

News365.az


Sizin reklam burada
Sizin reklam burada