“Həkimlər yetərincə diqqət yetirmir” - Əlisəmid Kürün qızı danışdı

“Həkimlər yetərincə diqqət yetirmir” - Əlisəmid Kürün qızı danışdı
12:57

“Atamın vəziyyəti orta ağır olaraq qalır”.

Bu barədə  News365.az-a şair Əlisəmid Kürün qızı Aynur Mehdiyeva məlumat verib.

O bildirib ki, həkimlər atasının səhhətini nəzarətdə saxlamır və gəlib-getmirlər.

Aynur xanımın sözlərinə görə, ən son həkimlər artıq onların heç nə edə bilmədiklərini, evə çıxarmalı olduqlarını deyiblər.

“Atamın ağrıları var. Dostlarından Vasif Ayan, Seyran Səxavət gəlib baş çəkiblər. Umud Mirzəyevin də daimi nəzarətindədir. Başqa dostları da hər gün zəng edir və atamın səhhətiylə maraqlanırlar”,- şairin qızı deyib.

Xatırladaq ki, Əlisəmid Kür qaraciyər çatışmazlığından əziyyət çəkir. 71 yaşlı şairin müalicəsi Respublika Klinik Xəstəxanasının Reanimasiya şöbəsində aparılırdı. Ötən həftə isə o evə buraxılıb.


Sizin reklam burada
Sizin reklam burada