Magazin dünyasında böyük səs-küy yaradıb: aktrisa Hande Erçel və cemiyyətdə tanınmış bəkar Hakan Sabancı münasibətlərini bitirib. Üç ildən bəri birlikdə olan cütlüyün ayrılığı sosial mediada geniş müzakirələrə səbəb olub.
News365.az xəbər verir ki, iddialara görə, Sabancı Erçel’i keçmiş sevgilisi Çinli model Jocelyn Chew ilə aldadıb. Jocelyn Chew isə yayılan iddialardan sonra açıqlama verib.
Hande Erçel ayrılıq xəbərindən sonra Instagram hesabından Sabancıya aid bütün şəkilləri silib. Məlumata görə, ayrılığa səbəb “evlilik böhranı” olub: Erçel münasibətlərini nikah masasına daşımaq istəyərkən, Sabancının anası Arzu Sabancı evliliyə razılıq verməyib.
Arzu Sabancı isə sosial mediada “Cahillik də yuxu kimidir. Səni oyadan şəxsə ilk reaksiya qəzəbdir” sözləri ilə paylaşım edib. Paylaşımın Hakan Sabancıya yönəldiyi müzakirə olunur.
Hakan Sabancı əvvəlki gün “Gel Konuşalım” proqramında bildirib ki, ayrılıqla bağlı danışmaq istəmir və aldatma iddiaları doğru deyil. Buna baxmayaraq, sosial mediada Sabancının Jocelyn Chew ilə dostluğu ilə bağlı mesajlar yayımlanıb.
News365.az