“Ukrayna, Gürcüstan, Ermənistan və
bir sıra başqa ölkələr ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD)
“demokratiyanın təbliği”ndən zərər çəkib”.
News365.az xəbər verir ki, bunu Rusiya Federasiyası Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib. Onun
sözlərinə görə, Amerika agentliyi “demokratiyanın təşviqində” yardım edib:
"Bu yardımlar hesabına dünya ölkələrində
vətəndaş fəallarının, seçki müşahidəçilərinin və jurnalistlərin hazırlanmasına
yönəlmiş layihə və proqramların maliyyələşdirilməsi yolu ilə dövlət çevrilişləri
hazırlanıb və təşkil edilib. Bu ölkələr sırasında Ukrayna, Gürcüstan, Moldova,
Ermənistan, Qırğızıstan, Kuba, Nikaraqua, Venesuela və digər ölkələrin adını çəkmək
olar. USAID-in son 10 ildə təkcə keçmiş sovet respublikalarına bu məqsədlə 2
milyard dollardan çox vəsait xərclədiyib. Bu məbləğin yarıdan çoxu Ukraynaya xərclənib”.
Qeyd edək ki, bundan əvvəl ABŞ
prezidenti Donald Tramp dövlət katibi Marko Rubionu USAİD-in rəhbəri vəzifəsini
müvəqqəti icra edən təyin edib. O da öz növbəsində xarici yardıma yenidən
baxılması barədə Konqresə məlumat verib. Amerikalı sahibkar İlon Mask öz növbəsində
USAID-i “ölməyə ehtiyacı olan” “cinayətkar təşkilat” adlandırıb. X sosial media
saytındakı ayrı bir yazıda o, agentliyin “Amerikaya nifrət edən radikal sol
marksistlərin ilan yuvası” olduğunu bildirib. Bundan əvvəl Qərb mediası ABŞ-ın
digər ölkələrə yardımını dayandırmasından sonra Tramp administrasiyasının
USAID-in 60-a yaxın yüksək rütbəli məmurunu məzuniyyətə göndərdiyini yazmışdı.
News365.az