Dövlət qurumlarında distant iş mümkün olacaq? – Ekspertdən diqqətçəkən açıqlama

Dövlət qurumlarında distant iş mümkün olacaq? – Ekspertdən diqqətçəkən açıqlama
16:20

İctimai nəqliyyatda və yollarda sıxlığı azaltmaq üçün irəli sürülən məsafədən iş təklifləri reallıqda hüquqi və mexaniki maneələrlə qarşılaşır. Kağız üzərində cəlbedici görünən bu ideyanın dövlət sektorunda tətbiqi üçün hələ ki, heç bir normativ bazası yoxdur.

Ekspert Sahib Məmmədovun News365.az-a sözlərinə görə, Əmək Məcəlləsində distant iş anlayışı əks olunsa da, bu imkandan yalnız özəl və kommersiya qurumları rahat istifadə edə bilir. Dövlət orqanlarında isə hansı vəzifə və peşə sahiblərinin onlayn rejimə keçə biləcəyini müəyyən edən konkret Nazirlər Kabineti qərarı və ya tənzimləyici qaydalar mövcud deyil.

Ekspert hesab edir ki, infrastruktur yaradılmadan verilən bu cür təkliflər mövcud problemi həll etmir.

Məsələnin kökündə idarəetmə boşluqlarının dayandığını vurğulayan S.Məmmədov qeyd edib ki, şəhərdəki sıxlığı aradan qaldırmağın yeganə yolu nəqliyyatın idarəetmə sistemini köklü şəkildə təkmilləşdirməkdir. Hazırda bu sahə vahid mərkəzdən idarə olunmadığı üçün nəqliyyat sistemindəki pərakəndəlik və yollardakı gərginlik davam edir.

News365.az


Sizin reklam burada
Sizin reklam burada