İnternet Yer üzündə cəmi 1 saniyəlik yoxa çıxsa, əməliyyat sistemlərinə təsir göstərərdi.
News365.az xəbər verir ki, Yer üzündə internet bağlantısının cəmi bir saniyəlik tamamilə kəsilməsi belə milyonlarla rəqəmsal əməliyyata təsir göstərə bilər.
Belə bir vəziyyətdə bank və kart ödənişləri, mesajlaşma xidmətləri, bulud sistemləri və internetə bağlı müxtəlif platformalarda qısa müddətli fasilələr yarana bilərdi. Bəzi əməliyyatlar yarımçıq qala, bəzi sistemlər isə əlaqə bərpa edildikdən sonra avtomatik işləməyə davam edə bilərdi.
Bununla belə, bir saniyəlik qlobal internet kəsintisi dünyanın iflic olması demək deyil. Çünki internet vahid sistem deyil və bir çox xidmətin ehtiyat serverləri və alternativ bağlantıları mövcuddur.
İnternetin bir neçə saatlıq tamamilə sıradan çıxması isə artıq bankçılıq, nəqliyyat, logistika və biznes üçün ciddi qlobal problemlərə səbəb ola bilərdi.