Bakıda sentyabrın 12-də dəbdəbəli toyu baş tutan bəyin kimliyi məlum olub.
News365.az yurd.media-ya istinadən xəbər verir ki, Sitarə adlı xanımla evlənən Nicat Qurbanov Dövlət Gömrük Komitəsinin (DGK) sabiq idarə rəisi Nüsrət Qurbanovun oğludur.
DGK İnzibati İdarəetmənin Təşkili İdarəsinin rəisi vəzifəsində çalışmış və qurumun əvvəlki sədri Səfər Mehdiyevlə yaxınlığı ilə tanınan polkovnik Nüsrət Qənbər oğlu Qurbanov 2023-cü ilin aprel ayında general-leytenant Şahin Bağırovun əmri ilə vəzifəsindən azad olunub.
Nüsrət Qurbanov hazırda “Fikrət Ələsgərli və partnyorları gömrük və vergi məsələləri üzrə konsaltinq“
MMC-nin təsisçi - inzibati idarəetmə və insan resursları departamentinin rəisi vəzifəsində çalışır.