Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi

Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi
17:20

Xəzər TV yeni mövsümə start verib.

News365.az xəbər verir ki, kanal ötən mövsümdə tamaşaçıların marağına səbəb olan “Xəbər ertəsi”, “Qonaqcanlı”, “Evdəkilərə salam”, “Xəzər axşamı” və “Təsir dairəsi” proqramlarının yeni mövsümdə də yayımlanacağını açıqlayıb. Belə ki, aparıcılar Lalə Azərtaş, Aytən Səfərova, Aytəkin Mərdanova və Mətanət Əliverdiyeva yeni mövsümdə də kanalda fəaliyyətini davam etdirir.

Diqqətçəkən məqam isə aparıcı Vüsalə Əlizadənin yeni mövsümdə kanalda olub-olmayacağının hələlik açıqlanmamasıdır. Onunla bağlı heç bir anons efirə getməyib. pizza hut

Qeyd edək ki, Vüsalə ötən mövsüm aparıcısı olduğu “İncə səhər” proqramından ayrıldığını açıqlamışdı. O, səhhəti ilə əlaqədar səhər verilişi aparmaq istəmədiyini bildirmişdi.


Sizin reklam burada
Sizin reklam burada