İndoneziyada bərərə fəlakəti: 120-dən çox şəxs itkin düşüb

İndoneziyada bərərə fəlakəti: 120-dən çox şəxs itkin düşüb
14 Sen 2026 17:50

İndoneziyanın Yava dənizində əlverişsiz hava şəraiti səbəbindən bərənin aşıb batması nəticəsində azı 129 nəfər itkin düşüb. Axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Hadisə zamanı gəmidə olan 240-dan çox sərnişindən 108-i xilas edilib, 6 nəfərin isə cansız bədəni sudan çıxarılıb. Axtarış xidmətləri bərənin son koordinatları ətrafında əməliyyat zonasını genişləndirib.

Rəsmilərin verdiyi məlumata görə, "Virgo Transport 8" adlı bərə Şərqi Yavanın Surabaiya şəhərindən Borneodakı Cənubi Kalimantan vilayətinin Bancarmasin şəhərinə doğru hərəkət edirmiş.

Bancarmasin Axtarış və Xilasetmə İdarəsinin rəhbəri İ Putu Sudayana bildirib ki, gəmi kapitanı həyəcan siqnalı göndərməzdən əvvəl dənizdə dalğaların hündürlüyünün 3 metrə çatdığını və gəminin böyrü üstə əyildiyini xəbər verib. Qısa müddət sonra bərənin büsbütün aşdığı məlum olub.

Axtarış-xilasetmə qüvvələri pisləşən hava şəraitinə baxmayaraq hərəkətə keçib. Bölgəyə 12 gəmi, o cümlədən 4 hərbi gəmi və 2 helikopter cəlb edilib. Qəzanın Bancarmasin şəhərindən təxminən 148 kilometr uzaqlıqda baş verdiyi bildirilir.


Sizin reklam burada
Sizin reklam burada