Bakı vağzalında sərnişinlər üçün yeni dəyişiklik

Bakı vağzalında sərnişinlər üçün yeni dəyişiklik
15:10

"Azərbaycan Dəmir Yolları" (ADY) sentyabrın 15-dən sərnişin axınının daha çevik idarə olunması məqsədilə Bakı Dəmiryol Vağzalında yeni turniket zalı istifadəyə verəcək. 

Bu barədə News365.az-a səhmdar cəmiyyətindən məlumat verilib. 

Vağzalda mövcud 35 turniketdən əlavə yeni zalda 11 turniket quraşdırılıb. Bununla da Bakı vağzalında turniketlərin ümumi sayı 32% artaraq 46-ya çatdırılıb. Bu yenilik xüsusilə gediş-gəlişin intensiv olduğu saatlarda sərnişinlərin daha rahat hərəkətinə imkan yaradacaq.


Sizin reklam burada
Sizin reklam burada