İran Qızıl Ayparası Cəmiyyətinin sədri Pirhüseyn Kolivand Qətər Qızıl Ayparası Cəmiyyətinin ölkədə əsir götürülən üç iranlı pilotun taleyini müəyyənləşdirmək üçün iranlı rəsmilərlə əməkdaşlıq edəcəyinə söz verdiyini bildirib.
P.Kolivand üç pilotun Qətərdə olduğunu göstərən dəlillərin mövcudluğunu qeyd edərək, Qətər Qızıl Ayparasına onların yeri haqqında məlumat almaq üçün bütün imkanlardan istifadə etməsi ilə bağlı müraciət edib. O, ailələrin narahatlığına son qoyulması üçün bu məsələnin aydınlaşdırılmasının vacibliyini vurğulayıb.
Bununla yanaşı, tərəflər arasında xilasetmə və təlim sahəsində əməkdaşlığın genişləndirilməsi, həmçinin iki qurum arasında mövcud anlaşma memorandumunun yenilənməsi məsələləri də müzakirə olunub.
İran Silahlı Qüvvələrinin Baş Qərargahının İtkin düşənlərin axtarışı komitəsinin komandanı, briqada generalı Seyid Məhəmməd Baqirzadənin sözlərinə görə, martın 2-də İran Ordusuna məxsus iki "Su-24" qırıcı təyyarəsi hərbi tapşırığı yerinə yetirmək üçün Qətərə uçub. Qayıdan zaman düşmənin hava hücumundan müdafiə sistemləri tərəfindən vurulan təyyarələrin pilotları katapult ediblər.
Nəticədə dörd pilotdan biri həlak olub, digər üçü isə Qətər qüvvələri tərəfindən sağ olaraq əsir götürülüb. Həlak olan pilot Məcid Kazeminin nəşi İrana təvil verilərək İyul ayının sonunda Şiraz şəhərində dəfn edilib.