Günəşdə partlayış baş verib

Günəşdə partlayış baş verib
11:50

Sentyabrın 5-də səhər saatlarında Günəşdə partlayış qeydə alınıb.

News365.az- ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

"Sentyabrın 5-də Bakı vaxtı ilə saat 5:15-də 4207 (N28E00) Günəş ləkələri qrupunda rentgen diapazonunda 13 dəqiqə davam edən M1.4 partlayışı qeydə alınıb", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, bundan əvvəl Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Günəş-Yer Fizikası İnstitutu Günəş aktivliyində artımın başa çatdığını və partlayış vəziyyətinin sürətlə normallaşdığını bildirmişdilər.

Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində bir kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur. Növbəti hərfə keçərkən güc 10 dəfə artır. Partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit qasırğaları yarada bilər.


Sizin reklam burada
Sizin reklam burada