Goranboyda əmisi oğlunu bıçaqlayan şəxs saxlanılıb

Goranboyda əmisi oğlunu bıçaqlayan şəxs saxlanılıb
21:27

Goranboyda əmi oğlanları arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib.

News365.az xəbər verir ki, hadisə rayonun Sarovlu kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1994-cü il təvəllüdlü Bayram Mürsəlli bud nahiyəsindən bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, Sarovlu kənd sakinləri — 2002-ci il təvəllüdlü K.Mürsəlli ilə əmisi oğlu, 1994-cü il təvəllüdlü B.Mürsəlli arasında mübahisə yaranıb. Münaqişə zamanı K.Mürsəlli əmisi oğluna bud nahiyəsindən bıçaq xəsarəti yetirib.

Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 24 yaşlı K.Mürsəlli saxlanılaraq istintaqa təhvil verilib.

Hadisənin başvermə səbəbləri polis əməkdaşları tərəfindən araşdırılır.


Sizin reklam burada
Sizin reklam burada