ABŞ-də bir qadının 1966-cı ildə işlənmiş məhsullar satılan mağazadan 100 dollara aldığı rəsm əsərinin məşhur şotland rəssamı Francis Cadellə məxsus orijinal əsər olduğu müəyyən edilib.
News365.az xəbər verir ki, qadın əsərin dəyərindən xəbərsiz olub və onu təxminən 60 il evinin divarında saxlayıb.
Daha sonra qadının oğlu rəsm əsərini araşdırmağa başlayıb və onun orijinal olduğunu üzə çıxarıb.
Məlumata görə, əsər məşhur şotland rəssamı Francis Cadellə məxsus olub. Rəsm sonradan hərraca çıxarılıb və 254 min dollara satılıb.