Fransada rekord istilər fonunda çay sularının temperaturunun yüksəlməsi soyutma sularının axıdılması ilə bağlı ekoloji məhdudiyyətlərin tətbiqinə səbəb olub.
News365.az xəbər verir ki, bu səbəbdən ölkədəki üç nüvə reaktoru müvəqqəti olaraq fəaliyyətini dayandırıb.
Qeyd edilib ki, sözügedın reaktorlar Nojan-sür-Sen (Nogent-sur-Seine), Buje (Bugey) və Qolfeş (Golfech) atom elektrik stansiyalarındakı reaktorlardan gedir. Bundan əlavə, bir sıra digər nüvə stansiyalarında da elektrik istehsalının həcmi azaldılıb.