“Alligator Alcatraz” saxlanma mərkəzi bağlanıb.
News365.az xəbər verir ki, mərkəzdə saxlanılan bütün miqrantlar ya ABŞ-ın digər saxlanma müəssisələrinə köçürülüb, ya da deportasiya edilib.
Qubernator DeSantis bildirib ki, obyekt əvvəlcədən müvəqqəti istifadə üçün nəzərdə tutulmuşdu və qarşıya qoyulan məqsədləri yerinə yetirdikdən sonra fəaliyyətini dayandırıb.
Qeyd edək ki, Florida ştatının Everqleyds bölgəsində yerləşən və qeyri-rəsmi olaraq “Alligator Alcatraz” adlandırılan mərkəz açıldığı gündən ciddi mübahisələrə səbəb olmuşdu. İnsan hüquqları müdafiəçiləri burada saxlanma şəraitini tənqid edir, ekoloji təşkilatlar isə obyektin həssas təbiət ərazisində yerləşməsindən narahatlıqlarını ifadə edirdilər. Buna baxmayaraq, Florida hakimiyyəti mərkəzin qanunsuz miqrasiyaya qarşı tədbirlər çərçivəsində yaradıldığını bildirirdi.