Tərtərdə mübahisə zəminində Vətən müharibəsi qazisi bıçaqlanıb.
News365.az xəbər verir ki, bıçaqlanma hadisəsi Tərtər rayonunda baş verib.
Rayon sakini, 2020-ci il Vətən müharibəsi qazisi Sadiq Abbaslı mübahisə zəminində həmyerlisi tərəfindən bıçaqlanıb.
Yaralıya tibbi yardım göstərilib. Daha sonra o, Bərdə Diaqnostika Mərkəzinə göndərilib. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.